Tələb olunan sənədlər:
- Pasport (etibarlılıq müddəti minimum 6 ay qalmış)
- Viza müraciət ərizəsi
- Fotoşəkil (1 ədəd, Son 6 ayda çəkilmiş bir ədəd fotoşəkil (3.5×4.5 ölçülü, ağ fonlu, tünd geyimdə və çərçivəsiz olmalıdır )
- İngilis dilində səyahət planı (müvafiq format yoxdur, lakin ətraflı plan tərtib edilməlidir)
- Gediş-gəliş aviabileti və ya gediş- gəliş uçuşunun rezervasiyası (müxtəlif sənədlər tələb oluna bilər)
- Otel rezervasiyasının təsdiq məktubu
- Müraciət edən şəxsin iş yerindən arayış (elektron portaldan (e-gov.az) çap olunmalıdır) (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)
- Bank hesabından çıxarış (minumum məbləğ 3000 $, çıxarış son 6 ay üzrə)
Notarial qaydada təsdiq olunmuş zəmanət məktubu. (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə) Zəmanət məktubu tanıdığınız şəxs və ya qohumunuz tərəfindən aşağıdakı kimi yazılmalıdır:
- Mən xxx xxx zəmanət verirəm ki, cənab/xanım xxx bu tarixlər arasında Koreya Respublikasına səfər edəcək və Azərbaycan Respublikasına qayıdacaq.
- Zəmanət məktubu tərcümə olunmalı və notarial qaydada təsdiqlənməlidir.
- Notarial qaydada təsdiq olunmuş zəmanət məktubunu verən şəxsin iş yerindən arayışı (elektron portaldan (e-gov.az) çap olunmalıdır) (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)
- Notarial qaydada təsdiq olunmuş zəmanət məktubunu verən şəxsin şəxsiyyət vəsiqəsini sürəti
- Rüsum
- Koreyada yaşayan dostlarınız/ailə üzvlərinizlə Koreyaya səyahət etməyi planlaşdırırsınızsa, Koreyada yaşayan dostlarınız/ailə üzvlərinizdən dəvət və zəmanət məktubu təqdim edərək C-3-1 vizasına müraciət etməyiniz tövsiyyə olunur.
- Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.