Visa

Hollandiya

Şengen vizası üçün lazımlı sənədlər

  • Ərizə forması ərizəçi tərəfindən ingilis dilində və yalnız baş(böyük)hərflərlə doldurulmalı və imzalanmalıdır.
  • 10 illik bir vaxtda verilmiş pasport ölkəyə qayıtdıqdan sonra ən azı 3 ay etibarlılıq müddətinə malik olmalıdır.
  • Pasportun bioloji məlumatların (şəkil) olduğu səhifəsinin və bu vaxta qədər alınmış vizaların surəti
  • 2 (iki) biometrik şəkil
  • Tibbi sığorta
  • Səyahət və uçuş sifarişləri və ya nəzərdə tutulan digər nəqliyyat vasitələri
  • Səyahət müddəti ərzində qalınacaq yaşayış yeri haqqında sənəd möhürlü və imzalı olmalıdır (sübut)
  • Şengen ölkələrarası nəqliyyat göstərilməlidir.
  • Bankdan arayış və son 6 aya aid çıxarış eyni bankdan olan plastik kartın nüsxəsi
  • Bütün sənədlər ingilis dilində qəbul olunur, şəxsiyyət vəsiqəsi istisna olmaqla
  • Müraciət ərizə forması latın qrafikası ilə yalnız ingilis dilində baş(böyük) hərflərlə doldurulmalıdır.
  • Oteldən təsdiq məktubu imzalı və möhürlü olmalıdır.
  • Səyahət müddəti ərzində qalınacaq yerlər haqqında möhürlü, imzalı sənədin olması vacibdir.

Gəlirlərin göstərilməsi məsələn:

  1. son 3 ay ərzində hesab dövriyyəsi üzrə bank hesabı bəyanatı (bank tərəfindən möhürlənmiş və imzalanmış)
  2. Müntəzəm gəlir mənbəyi məsələn son 3 ay üzrə əmək haqqı (və ya buna bənzər hallar)

Aşağıdakı sənədlər kateqoriyalar üzrə təqdim olunmalıdır:

  • Əgər ərizə verən şəxs işləyirsə
  1. İş yerindən məktub (icazə) və ya məzuniyyət haqqında sənəd, elektron portaldan arayış
  2. Fermer təsərrüfatına malik olmağı haqqında sənəd
  • Əgər ərizəçi şirkətin sahibi və ya əməkdaşıdırsa
  1. vergilərin ödənilməsi haqqında arayış
  2. Şirkətin ticarət-sənaye palatasında qeydiyyatı və ticarət reyestrının büllüteninin surəti
  • Əgər ərizəçi təqaüdçüdürsə
  1. Təqaüdün alınması haqqında arayış
  • Əgər ərizəçi tələbədirsə
  1. Tələbə olmağı haqqında sənəd, səyahət zamanı xərclərin ödənilməsini öz üzərinə götürən şəxsin ərizəsinin notarius tərəfindən təsdiqi.
  • Əgər ərizəçi yetkinlik yaşına çatmayan və ya 18 yaşından kiçikdirsə valideynlərdən biri və ya qanuni qəyyum ilə səyahət edirsə:
  1. Valideynlərin notarius tərəfindən təsdiqlənmiş ərizəsi (bu şərt tək valideyn hüququ almış valideynə şamil edilmir)
  2. Doğum haqqında şəhadətnamə rus yaxud ingilis dillərinə tərcüməli, notarial təsdiqli (18 yaşdan aşağı hər kəs üçün)