Visa

Cənubi Koreya

Tələb olunan sənədlər:

  • Pasport (etibarlılıq müddəti minimum 6 ay qalmış)
  • Viza müraciət ərizəsi
  • Fotoşəkil (1 ədəd, Son 6 ayda çəkilmiş bir ədəd fotoşəkil (3.5×4.5 ölçülü, ağ fonlu, tünd geyimdə və çərçivəsiz olmalıdır )
  • İngilis dilində səyahət planı (müvafiq format yoxdur, lakin ətraflı plan tərtib edilməlidir)
  • Gediş-gəliş aviabileti və ya gediş- gəliş uçuşunun rezervasiyası (müxtəlif sənədlər tələb oluna bilər)
  • Otel rezervasiyasının təsdiq məktubu
  • Müraciət edən şəxsin iş yerindən arayış (elektron portaldan (e-gov.az) çap olunmalıdır) (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)
  • Bank hesabından çıxarış (minumum məbləğ 3000 $, çıxarış son 6 ay üzrə)

Notarial qaydada təsdiq olunmuş zəmanət məktubu. (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə) Zəmanət məktubu tanıdığınız şəxs və ya qohumunuz tərəfindən aşağıdakı kimi yazılmalıdır:

  • Mən xxx xxx zəmanət verirəm ki, cənab/xanım xxx bu tarixlər arasında Koreya Respublikasına səfər edəcək və Azərbaycan Respublikasına qayıdacaq.
  • Zəmanət məktubu tərcümə olunmalı və notarial qaydada təsdiqlənməlidir.
  • Notarial qaydada təsdiq olunmuş zəmanət məktubunu verən şəxsin iş yerindən arayışı (elektron portaldan (e-gov.az) çap olunmalıdır) (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)
  • Notarial qaydada təsdiq olunmuş zəmanət məktubunu verən şəxsin şəxsiyyət vəsiqəsini sürəti
  • Rüsum
  • Koreyada yaşayan dostlarınız/ailə üzvlərinizlə Koreyaya səyahət etməyi planlaşdırırsınızsa, Koreyada yaşayan dostlarınız/ailə üzvlərinizdən dəvət və zəmanət məktubu təqdim edərək C-3-1 vizasına müraciət etməyiniz tövsiyyə olunur.
  • Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.