Şengen vizası üçün lazımlı sənədlər
- Ərizə forması ərizəçi tərəfindən ingilis dilində və yalnız baş(böyük)hərflərlə doldurulmalı və imzalanmalıdır.
- 10 illik bir vaxtda verilmiş pasport ölkəyə qayıtdıqdan sonra ən azı 3 ay etibarlılıq müddətinə malik olmalıdır.
- Pasportun bioloji məlumatların (şəkil) olduğu səhifəsinin və bu vaxta qədər alınmış vizaların surəti
- 2 (iki) biometrik şəkil
- Tibbi sığorta
- Səyahət və uçuş sifarişləri və ya nəzərdə tutulan digər nəqliyyat vasitələri
- Səyahət müddəti ərzində qalınacaq yaşayış yeri haqqında sənəd möhürlü və imzalı olmalıdır (sübut)
- Şengen ölkələrarası nəqliyyat göstərilməlidir.
- Bankdan arayış və son 6 aya aid çıxarış eyni bankdan olan plastik kartın nüsxəsi
- Bütün sənədlər ingilis dilində qəbul olunur, şəxsiyyət vəsiqəsi istisna olmaqla
- Müraciət ərizə forması latın qrafikası ilə yalnız ingilis dilində baş(böyük) hərflərlə doldurulmalıdır.
- Oteldən təsdiq məktubu imzalı və möhürlü olmalıdır.
- Səyahət müddəti ərzində qalınacaq yerlər haqqında möhürlü, imzalı sənədin olması vacibdir.
Gəlirlərin göstərilməsi məsələn:
- son 3 ay ərzində hesab dövriyyəsi üzrə bank hesabı bəyanatı (bank tərəfindən möhürlənmiş və imzalanmış)
- Müntəzəm gəlir mənbəyi məsələn son 3 ay üzrə əmək haqqı (və ya buna bənzər hallar)
Aşağıdakı sənədlər kateqoriyalar üzrə təqdim olunmalıdır:
- Əgər ərizə verən şəxs işləyirsə
- İş yerindən məktub (icazə) və ya məzuniyyət haqqında sənəd, elektron portaldan arayış
- Fermer təsərrüfatına malik olmağı haqqında sənəd
- Əgər ərizəçi şirkətin sahibi və ya əməkdaşıdırsa
- vergilərin ödənilməsi haqqında arayış
- Şirkətin ticarət-sənaye palatasında qeydiyyatı və ticarət reyestrının büllüteninin surəti
- Əgər ərizəçi təqaüdçüdürsə
- Təqaüdün alınması haqqında arayış
- Əgər ərizəçi tələbədirsə
- Tələbə olmağı haqqında sənəd, səyahət zamanı xərclərin ödənilməsini öz üzərinə götürən şəxsin ərizəsinin notarius tərəfindən təsdiqi.
- Əgər ərizəçi yetkinlik yaşına çatmayan və ya 18 yaşından kiçikdirsə valideynlərdən biri və ya qanuni qəyyum ilə səyahət edirsə:
- Valideynlərin notarius tərəfindən təsdiqlənmiş ərizəsi (bu şərt tək valideyn hüququ almış valideynə şamil edilmir)
- Doğum haqqında şəhadətnamə rus yaxud ingilis dillərinə tərcüməli, notarial təsdiqli (18 yaşdan aşağı hər kəs üçün)